Episodes 25

1

Qılınclar dünyası

82%
July 8, 201224m

Virtual reallıq oyunu konsolu "NerveGear" dünyanın ilk virtual reallıq oyunu olan Sword Art Online-nı (SAO) buraxır. Beta testində iştirak etmiş oyunçulardan biri olan Kirito oyuna daxil olur və oyunun baş verdiyi dünya olan Aynkradı ziyarət edir. Kirito tezliklə yeni oyunçu olan Kleyn ilə dostlaşır, ona bəzi sadə şeyləri və vəhşi qabanı məğlub etməyin yollarını öyrədir. Bir neçə saat sonra Kirito və Kleyn görürlər ki, oyundan çıxa bilmirlər. Oyunun yaradıcısı və Agnus kompüter korporasiyasının işçisi Akihiko Kayaba oyunçulara elan edir ki, oyundan çıxmaq funksiyasını ləğv edib və əgər real həyatdakı bədənlərindən NerveGear-ları çıxarılsa və ya oyunda can səviyyələri 0-a düşsə, öləcəklər. O, həmçinin bildirir ki, bunu öz dünyasının tanrısı olmaq üçün edir və oyundan azad olmağın yeganə yolu Aynkradın 100 mərtəbəsinin hamısını təmizləməkdir.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

2

Biter

82%
July 15, 201224m

Cəmi bir ay sonra ölmüş oyunçuların sayı 2000-ni keçir. Kirito beta testində iştirak etmiş oyunçulardan olan Diavelin yığıncağına qatılır. Diavel bildirir ki, onun partiyası I mərtəbənin bossu olan Kobold lordu İllfenqi tapıb. Oyunçular döyüşə hazırlaşmaq üçün özlərini müttəfiq axtaranda Kirito Asuna adlı sirli bir qızla partner olur. Növbəti gün Diavel və digər oyunçular bossun otağına çatırlar və aralarında döyüş başlayır. İllfenqin canı aşağı səviyyəyə düşəndə Diavel ona son zərbəni vurmağa çalışır, amma İllfenqin gizli silahını görmür və ölümcül yaralanır. Diavel can verərkən Kiritodan nə olursa-olsun qalib gəlməsini istəyir. Kirito İllfenqi məğlub edir, amma digər oyunçular Kiritonu öz təcrübələrini və İllfenq haqqında biliklərini bölüşmədiyi üçün Diavelin ölümündə günahlandırırlar və ona "Biter" ("Beta" və "Çiter" sözlərinin birləşməsindən) ləqəbini verirlər.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

3

Qırmızı burunlu şimal maralı

79%
July 22, 201224m

Kirito "Ay işığı qara pişikləri" adlı gildiyaya qoşulur, lakin səviyyəsi digər gildiya üzvlərindən çox yüksək olsa da, bunu onlardan gizli saxlayır. Gildiyanın üzvlərindən Saçi Kiritoya ölməkdən qorxduğunu etiraf edir, amma Kirito onu cəsarətləndirir. Gildiyanın lideri Keyta gildiya üçün ev almağa gedəndə Kirito digər üzvlərlə 27-ci mərtəbəyə gedir və onlar orada xəzinə tapırlar. Lakin bunun tələ olduğu məlum olur və qəfildən bədheybətlərin əhatəsinə düşürlər. Kirito nə qədər çalışsa da, Saçi də daxil olmaqla gildiya üzvlərini xilas edə bilmir və yeganə sağ qalan olur. Keyta gildiyanın başına gələnləri və Kiritonun yüksək səviyyəsini öyrənəndən sonra intihar edir. Kirito daha sonra ölmüş oyunçunu diriltməyə yarayan bir əşyanı əldə etmək üçün 35-ci mərtəbəyə Satqın Nikolas adlı bossla döyüşməyə gedir. Amma əşyanın oyunçunun ölümündən sonra cəmi 10 saniyə müddətində istifadə oluna biləcəyini öyrənir və onu Kleynə verir.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

4

Qara qılınc ustası

80%
July 29, 201224m

Silika adlı bədheybət təlimçisi partiyasındakı bir mübahisəyə görə oranı tərk etdikdən sonra meşədə gəzərkən bədheybət meymunların hücumuna məruz qalır. Silikanın ev əjdahası Pina onu qorumağa çalışarkən ölür, amma Kirito özünü çatdırıb Silikanı xilas edir. Kirito 3 gün içində Pina kimi bədheybətləri dirildə bilən bir əşyanı əldə etmək üçün Silikanı 47-ci mərtəbəyə aparmağa razı olur. O, onu cinayət törədən "narıncı oyunçular" və qətl törədən "qırmızı oyunçular" barədə xəbərdarlıq edir. Onlar nəhayət bitki bədheybətinə qarşı döyüşüb gül formasında olan əşyanı əldə etdikdən sonra "Titanın əli" adlı, əsasən narıncı oyunçulardan ibarət, Silikanın da keçmiş üzvü olduğu gildiyanın lideri olan Rozaliya ilə qarşılaşırlar. Kiritonun səviyyəsi yüksək olduğundan düşmən gildiya üzvlərinin verdiyi xəsarət miqdarı onun sağalma miqdarından az olur və asanlıqla onları məğlub edir. Silika daha sonra Kiritoya təşəkkür edir və Pinanı dirildir.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

5

Təhlükəsiz zonada qətl

78%
August 5, 201224m

56-cı mərtəbədə Asuna bir bossu kənddə tələyə salmağı təklif edir, lakin Kirito qeyri-oyunçu personaj kəndlilərin ölümünə səbəb ola biləcəyi üçün bunu rədd edir. 59-cu mərtəbədə Asuna bütün günorta tarlada yatır və Kirito onu izləyir. Asuna oyanandan Kiritonun onu yuxuda izlədiyini anlayıb utanır və Kiritodan bunun qarşılığında restorana aparmasını istəyir. Onlar nahar edərkən qəfildən qışqırıq səsi eşidirlər və tez çölə çıxırlar. Kilsənin yanında ipdən asılmış, nizə ilə öldürülmüş Kaynz adlı oyunçu tapırlar. Asuna və Kirito qətl hadisəsini araşdırmağa başlayırlar və Yolko ilə sevgilisi Kaynzın dağılmış "Qızıl alma" gildiyasının üzvləri olduğunu öyrənirlər. Onlar silah taciri Egildən öyrənirlər ki, nizə "Qızıl alma"nın lideri Qrizeldanın əri Qrimlok tərəfindən hazırlanıb. Qrizelda isə 6 ay öncə bir bossu məğlub etdikdən sonra əldə etdiyi dəyərli üzüyü satmağa çalışarkən öldürülüb. Qrimlokun şübhəli olduğu məlum olduqdan qısa müddət sonra Yolko pəncərədə dayanarkən bıçaqla öldürülür.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

6

İllüziya qisasçısı

78%
August 12, 201224m

Kirito qara plaş geyinmiş və teleportasiya kristalından istifadə edən Qrimloku təqib edir, amma izini itirir. Kirito Asunanın ona verdiyi sendviçi yerə salanda Kaynz və Yolkonun eyni kristalla öz ölümlərini saxtalaşdırdıqlarını anlayır. Bu zaman Qrizeldanın qəbri yaxınlığında Yolko və Kaynz Şmitt adlı oyunçunun əsl şübhəli olmaqda ittiham edirlər, amma onun günahsız olduğu məlum olur. Yolko, Kaynz və Şmitt əyləncə xətrinə oyunçu öldürən qırmızı oyunçulardan ibarət "Gülən tabut" adlı gildiya üzvləri ilə qarşılaşırlar, amma Kirito özünü çatdırıb onları xilas edir. Kirito öyrənir ki, Qrimlok üzüyü əldə etmək üçün Qrizeldanın ölməsini istəyirdi. Asuna Qrimloku tutur və Qrimlok bildirir ki, Qrizelda virtual reallığı real həyatdan daha çox sevirdi və bir gün onu tərk edəcəyindən qorxurdu. Yolko, Kaynz, Şmitt və Qrimlok gedəndən sonra Kirito və Asuna bir anlıq Qrizeldanın görüntüsünü onun qəbrinin yanında görürlər.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

7

Ürəyin temperaturu

78%
August 19, 201224m

48-ci mərtəbədə Kirito Asunanın dostu olan dəmirçi Lizbetin yanına gedir və ondan ona yeni qılınc düzəltməsini istəyir. Lizbet hazırladığı ən güclü qılıncın Kiritonun qılıncı Elusidator tərəfindən asanlıqla parçalandığını görəndə şoka düşür və daha güclü qılınc düzəltməyə lazım olan və kristal əjdahadan əldə olunan nadir bir mineralı tapmaq üçün Kiritonu onu 55-ci mərtəbəyə aparmağa məcbur edir. Onlar 55-ci mərtəbəyə çatırlar və xeyli dərin olan əjdaha yuvasının içində mineralı tapırlar. Keçirdikləri vaxt müddətində Lizbet Kiritoya qarşı romantik hislər bəsləməyə başlayır. Kirito onu kristal əjdahadan xilas edəndə bu hiss daha da güclənir. Lizbet mineraldan istifadə edərək Kirito üçün Qara rapulzor adlı güclü qılınc düzəldir. Lizbet Kiritoya sevgisini etiraf etməyə çalışanda Asuna gəlir. Lizbetin qəlbi qırılır və qaçır, onlar arasında romantik münasibətlərin yarandığını başa düşür. Kirito onu çayın sahilində tapır və keçirdikləri vaxta görə təşəkkür edir.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

8

Ağ və qaranın qılınc rəqsi

73%
August 26, 201224m

74-cü mərtəbədə Kirito yüksək keyfiyyətli ətə malik olan nadir dovşan ovlayır. Kirito əvvəlcə onu Egilə satmağa çalışır, amma aşbazlıq bacarığı yüksək olan Asuna gələndə dovşanı bişirmək qərarına gəlir. Asunanın mühafizəçisi Kuradil onun Kiritonu evinə dəvət etməsi qərarına qarşı çıxır, onun "Biter" olduğunu bildirir. Amma Asuna buna məhəl qoymur. 61-ci mərtəbədə Asuna Kiritonu evində qarşılayır və Asuna dovşanın ətini bişirir. Kirito solo oyunçu olmağa üstünlük versə də, Asuna onu onunla partner olmasına razı salır. Növbəti gün 74-cü mərtəbədə ikisi görüşür, amma Kuradil kimin Asunanı daha yaxşı qoruyacağına qərar vermək üçün ona meydan oxuyur. Kirito dueli qəbul edir və onu asanlıqla məğlub edir. Kuradil məğlubiyyəti qəbul etmir və Kiritonun hiylə işlətdiyini iddia edir. "Qan andı cəngavərləri" gildiyasının ikinci komandiri olan Asuna Kuradilə gildiyanın qərargahına qayıtmağı əmr edir. Daha sonra Kirito və Asuna zindanı təmizləyirlər və 74-cü mərtəbənin bossunu tapırlar.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

9

Göygöz demon

82%
September 2, 201224m

Kirito və Asuna cəld ximera formasında olan Parlaq gözlər adlı bossla qarşılaşmaq üçün bossun otağına tərəf qaçırlar. Yolda Kleyn və onun gildiyası "Fuurinkazan" ilə rastlaşırlar. Bu zaman "Aynkrad Azadlıq Cəbhəsi" gildiyasının üzvü olan Kobats peyda olur və Kiritodan zindanın xəritəsini tələb edir. Asuna və Kleynin etirazlarına baxmayaraq, Kirito xəritəni ona verir. Kirito, Asuna və Kleyn bossun otağına çatanda Kobatsın öldüyünü, "Aynkrad Azadlıq Cəbhəsi"nin digər üzvlərinin ağır yaralandıqlarını görürlər. Üçü Parlaq gözlər ilə döyüşməyə başlayırlar, amma anlayırlar ki, rəqibi məğlub etmək çox çətindir. Kirito öz gizli bacarığından – iki qılıncla döyüşməkdən istifadə etməyə məcbur olur. Kirito döyüşün sonunda huşunu itirir, Asuna onu qucaqlayır. Kiritonun iki qılınclı nadir bacarığı haqqında xəbər "Qan andı cəngavərləri"nin lideri Hitkliffin diqqətini cəlb edir və Kiritoya meydan oxuyur. Əgər Kirito qalib gəlsə, Asuna gildiyanı tərk edə bilər, amma uduzsa, özü gildiyaya qoşulmalıdır.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

10

Qırmızı öldürmə niyyəti

76%
September 9, 201224m

75-ci mərtəbədə Asuna Kiritoya xəbərdarlıq edir ki, Hitkliff öz bacarığı sayəsində qılıncına və qalxanına maksimum güc verə bilir. Arenadakı döyüş zamanı Kirito ona hücum edir, amma Hitkliff hücumu dəf edib onu məğlub edir. 55-ci mərtəbədə Kirito Asunaya "Ay işığı qara pişikləri" gildiyasının başına gələn hadisəyə görə gildiyalara qoşulmaqdan imtina etdiyini etiraf edir. Daha sonra gildiya üzvü Qodfri Kirito və Kuradili bacarıq dəyərləndirməsi üçün kanyonla bir zindana aparır. Onlar fasilə verəndə Kirito başa düşür ki, Kuradil onları iflic etmək üçün sularına zəhər qatıb. Kuradil Qodfrini öldürdükdən sonra "Gülən tabut" gildiyasının üzvü olduğunu etiraf edir. Kuradil ona işgəncə edən zaman Asuna özünü çatdırır və Kiritoya andidot kristalı verir. Kuradil özünü Asunaya təslim olurmuş kimi davranır və ona qəfil hücum edir. Amma Kirito Asunanı müdafiə edir və Kuradili öldürür. Kirito və Asuna öpüşürlər və bir-birilərini heç vaxt tərk etməyəcəkləri barədə söz verirlər.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

11

Səhər şehinin qızı

78%
September 16, 201224m

Kirito və Asuna onlayn şəkildə evlənirlər və 22-ci mərtəbədə aldıqları evdə bal ayını keçirmək üçün gildiyanı müvəqqəti tərk edirlər. Meşənin dərinliklərində huşunu itirmiş balaca qız tapırlar. Qızın üstündə canını göstərən göstərici olmadığından onun "kabus" olduğunu düşünürlər və onu evlərinə gətirirlər. Növbəti gün qız oyanır, adının Yui olduğunu xatırlayır və Kirito ilə Asunaya valideynləri kimi müraciət etməyə başlayır. Üçü Yuini axtaran birinin olduğunu aydınlaşdırmaq üçün 1-ci mərtəbəyə gedirlər. Onlar Saşa adlı uşaq evi sahibindən və onun qayğısında olan üç uşaqdan vergi tələb edən "Aynkrad Azadlıq Cəbhəsi" üzvləri ilə qarşılaşırlar. Asuna öz qılınc bacarığı ilə onları qorxudur və onları uzaqlaşdırır. Bu zaman Yui panikaya düşür və yenə şüursuz şəkildə şəffaflaşmamışdan öncə bir anlığına yox olub yenə görünür.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

12

Yuinin ürəyi

80%
September 23, 201224m

Kilsədə yerləşən uşaq evi mərkəzində Kirito, Asuna, Yui və Saşa "Aynkrad Azadlıq Cəbhəsi"nin ikinci komandiri Yulierlə qarşılaşırlar. Yulier başa salır ki, Kibao Aynkrad Azadlıq Cəbhəsinin əsl lideri olan Tinkeri 3 gün əvvəl 1-ci mərtəbədəki zindanda tələyə düşürüb və onun yerinə keçib. Kirito, Asuna və Yui Yulierə Tinkeri xilas etməkdə kömək etməyə razı olurlar. Onlar zindanı təmizləyib Tinkeri tapanda Ölüm dəryazı adlı bossun hücumuna məruz qalırlar, lakin tamamilə məğlub olur və əzilirlər. Yui döyüşə girişir və alov topu ilə Ölüm dəryazını məhv edir. Məlum olur ki, Yui oyunda ölməz obyektdir. Kirito və Asuna kəşf edirlər ki, Yui əslində süni intellektdir, oyunçulara kömək etmək üçün nəzərdə tutulub, lakin bunun əvəzində onları müşahidə etməyə məcbur edilib. Yui oyuna müdaxilə etdiyinə görə silinməyə məhkum edilir, lakin Kirito geymmaster konsulundan istifadə edərək onun datalarını oyun əşyasına – kristala çevirir və onu Asunaya verir.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

13

Cəhənnəm uçurumunun kənarı

79%
September 30, 201224m

Bir gölün sahilində balıq tutan Kirito Nişida adlı balıqçıla qarşılaşır. O, yüksək balıqçılıq bacarıqlarına sahib olmasına baxmayaraq, aşağı səviyyəli bişirmək bacarığına görə tutduqlarından dadlı yemək hazırlaya bilmir. Kirito Asunanın onun tutduğu balığı bişirməsi üçün onu evinə dəvət edir. Yemək zamanı Nişida bildirir ki, göldə yaşayan nəhəng bir balığı nə qədər çalışsa da, tuta bilməyib və Kiritodan kömək istəyir. Gölün sahilində Nişida balığın qarmağı yaxalamasına şərait yaradır və Kiritoya çəkməsi üçün tilovu verir. Balığın əslində böyük bədheybət olduğu məlum olur və Asuna onu asanlıqla öldürür. Qısa müddət sonra Kirito Hitkliffdən mesaj əldə edir. Nişida ilə ayrılmazdan öncə Asuna bütün bu zaman müddətində niyə Kiritonu sevdiyini yenə xatırlayır. Kirito və Asuna gildiyanın qərargahına gəlirlər və öyrənirlər ki, gildiyanın 20 üzvü 75-ci mərtəbədə boss otağında tələyə düşüb və ölüb. Onlar 75-ci mərtəbənin dəhşətli bossu Kəllə biçinçisi ilə döyüşməyə başlayırlar.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

14

Dünyanın sonu

82%
October 7, 201224m

Kəllə biçinçisini güclə məğlub etdikdən sonra Kirito Hitkliffin əslində Akihiko Kayabanın avatarı olduğu nəticəsinə gəlir və ona qəflətən hücum edib xəsarət vermək istəyəndə ölməz obyekt olduğunu üzə çıxarır. Kirito həmçinin Hitkliffin 100-cü mərtəbənin bossu olduğunu da öyrənir. Hitkliff Kiritodan başqa hər kəsi iflic edir və ona meydan oxuyur: əgər Kirito qalib gəlsə, bütün oyunçuları oyundan azad edəcəyinə söz verir. Kirito təklifi qəbul edir və döyüş başlayır. Hitkliff həlledici zərbəni vurmağa hazırlaşanda, Asuna özünü qabağa atır və özünü qurban verir. Hitkliff Kiritonu öldürür, amma Kirito can çubuğunu "sındırır" və Hitkliffi məğlub edərək oyunu bitirir. Aynkradın üstündəki uçan bir platformada Akihiko Kirito və Asunaya başa salır ki, hər kəsin ürəyində təsəvvür etdiyi bir dünya yaratmaq istəyirdi. Kirito və Asuna bir-birilərinə əsl adlarını deyirlər: Kazuto Kiriqaya və Asuna Yuuki. Aynkradın məhv olduğu mənzərə qarşısında bir-birilərini qucaqlayırlar.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

15

Qayıdış

76%
October 14, 201224m

İki ay sonra Kazuto Kiriqaya və onun ögey bacısı Suquha Kiriqaya kendo qarşılamasında güclərini sınayırlar, lakin virtual reallıq dünyasının şəraitinə və döyüş mühitinə öyrəşən Kirito məğlub olur. Kazuto digər 300 oyunçu ilə birlikdə hələ də komadan ayılmayan Asuna Yuukini xəstəxana ziyarət edir. Kazuto Asunanın atası, RECT Progress kompüter şirkətinin CEO-su Şozo Yuuki və onun partneri Nobuyuki Suqo ilə tanış olur. Nobuyuki Asuna komada olmasına baxmayaraq onunla evlənmək niyyətində olduğunu bildirir və Kazutonun əsəbləşməsinə səbəb olur. Axşam evdə Kazuto Suquhadan öncə yuxuya gedir. Suquha anası Midori Kiriqayanın ona Kazutonun əslində onun xalası oğlu olduğunu deməsini və bundan sonra ona hislər bəsləməyə başladığını xatırlayır. Səhər Kazuto Endrü Qilbert Millsdən (Egil) başqa bir oyunda "Asuna"ya bənzəyən avatarın təsvir olunduğu skrinşot barədə e-məktub alır.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

16

Pərilər ölkəsi

72%
October 21, 201224m

Kazuto Endrü ilə görüşür və Endrü ona bildirir ki, skrinşot oyunçuların pəri olduğu və uça bildiyi ALfheim Online (ALO) adlı virtual reallıq oyunundandır və avatarın şəkli Dünya ağacının başında çəkilib. Oyunun RECT Progress tərəfindən istehsal olunduğunu öyrənən Kazuto Asunanın SAO-dan çıxarkən ALO-da ilişdiyi nəticəsinə gəlir. Kazuto vaxt itirmədən "Kirito" adı ilə ALO-ya daxil olur və spriqqan irqindən olan avatarla oynamağa başlayır. Kirito kəşf edir ki, hələ də bacarıq səviyyələri və Yuinin datasının saxlanıldığı oyun əşyaları da daxil olmaqla SAO-nun oyun datalarını itirməyib. O, bu datadan istifadə edərək Yuini yolgöstərən pəri kimi ALO-da dirildir. Yui ALO-nun SAO-nun serverlərindən istifadə edilərək istehsal olunduğunu və buna görə də SAO datalarının itmədiyini bildirir. Yui Kiritoya idarəedici vasitəsilə uçmağı öyrənməkdə kömək etdikdən sonra Kirito etdiyi üç salamandr irqindən oyunçunun hücumuna məruz qalan Lifa adlı silf irqindən oyunçunu xilas edir.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

17

Əsir kraliça

73%
October 28, 201224m

Lifa Kiritoya onu xilas etdiyinə görə təşəkkür edir və ona idarəedici olmadan uçmağı öyrədir. Onlar Silveynə səyahət edirlər və orada Lifanın partiya üzvlərindən olan Rekonla qarşılaşırlar. Kirito və Lifa mehmanxanaya daxil olurlar və Dünya ağacına getmək barədə söhbət edirlər. Kiritonun Dünya ağacına çatmaq barədə əzmkarlığını görən Lifa ona kömək etmək qərarına gəlir və növbəti gün onunla mehmanxanada görüş təyin edir. Lifa oyundan çıxıb real dünyaya qayıdanda onun Suquha olduğu məlum olur. Bu zaman Asuna Dünya ağacının başında nəhəng qəfəsdə oyunun geymmasteri Pərilər kralı Oberon tərəfindən əsir saxlanılmış şəraitdə görünür. Oberonun real həyatda Nobuyuki olduğu məlum olur. Asuna onun komada olan 300 SAO oyunçusunun zehni idarə etməyə çalışdığını öyrənəndə şoka düşür. Oberon gedəndə Asuna Kiritonun onu xilas edəcəyinə ümid edir.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

18

Dünya ağacına

71%
November 4, 201224m

Real həyatda Suquha necə virtual reallıq oyunlarına başladığını xatırlayır və sinif yoldaşı, Rekonun əsl şəxsiyyəti olan Şiniçi Naqata ilə qarşılaşır. Suquha onu məlumatlandırır ki, Kiritoya qoşulmaqdan ötrü partiyasını tərk edəcək. Daha sonra Lifa kimi oyuna giriş edir və Kiritonu Alfheymin mərkəzində yerləşən Dünya ağacına aparmağa başlayır. Lakin onlar yola düşməzdən öncə Lifanın partiyasının üzvü olan Ziqfrid onun digər üzvlərə xəyanət etdiyini düşünür. Ziqfridin Kiritoya olan münasibətindən narahat olan Lifa ona bildirir ki, Kirito onun yeni partneridir. Bu zaman Asuna Oberondan Kiritonun hələ sağ olduğunu öyrənir və Oberon qəfəsi tərk edəndə istifadə etdiyi açar koda göz qoyur. Daha sonra səyahətləri zamanı Lifa və Kirito enmə nöqtəsinə çatırlar və özlərinə gəlmək üçün oyundan çıxırlar.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

19

Ruqer dəhlizi

72%
November 11, 201224m

Dünya ağacına çatmaq üçün Kirito və Lifa əvvəlcə Ruqer dəhlizindəki böyük mağaranı keçməlidirlər. Lifa Rekondan nataman mesaj əldə edir: Rekon ondan diqqətli olmasını istəyir. Kirito və Lifa izlənildiklərini anlayanda körpüdə sehirbaz heyətinə malik olan böyük salamandr qrupu tərəfindən küncə sıxışdırıldıqlarını görürlər. Kirito əvvəlcə təkbaşına onlara hücum edir, amma onları dəf edə bilmir. Yui Lifaya Kirito üzərində qoruyucu sehr tətbiq etməsini söyləyir, bu zaman Kirito öz illüziya sehrindən istifadə edərək Parlaq gözlərin görünüşünə sahib olur. Kirito yeni forması ilə düşmənləri məhv edir, lakin ehtiyatda olan düşmən oyunçulardan biri ilə oyun əşyası qarşılığında məlumat üçün razılaşır. Kirito ondan öyrənir ki, Kaqamune onlara Kirito və Lifaya hücum etmək barədə əmr verib. Real həyatda Suquha Rekondan öyrənir ki, Ziqfrid əslində salamandrlar üçün casusluq edir. salamandrlar isə silflərə və pişik siflərinə hücum etməyi planlaşdırırlar.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

20

Parlaq alov generalı

72%
November 18, 201224m

Kirito və Lifa baş verəcək hücumun qarşısını alırlar. Kirito salamandrların generalı Yucinin qabağına gəlir və ona bildiklərini danışır. Kirito özünün spriqqanlar və undilər arasındakı müttəfiqliyin elçisi olduğu barədə blöf edir və Yucini 4 irqə qarşı baş verə biləcək potensial müharibə elanı haqqında xəbərdarlıq edir. Buna inanmayan Yucin Kiritoya meydan oxuyur. Kirito Lifadan borc aldığı qılınc sayəsində iki qılıncdan istifadə etmək bacarağı ilə onu məğlub edir və salamandrlar çəkilirlər. Silflərin lideri Sakuya Ziqfridə mesaj göndərir və irqinə xəyanət etdiyi üçün qovulduğu bildirir. Silflər və pişik sifləri müttəfiqlik qurub bir neçə gün içində Dünya ağacına basqın edəcəkləri barədə razılığa gəlirlər. Kirito pişik siflərinin lideri Alisiya Rueyə müttəfiqlik üçün külli miqdarda pul verir və Lifa ilə Dünya ağacı səyahətinə davam edir. Bu zaman Asuna saxlanıldığı qəfəsdən çıxıb Dünya ağacından qaçmaq üçün yol axtarır.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

21

Alfheym haqqında həqiqət

73%
November 25, 201224m

Kirito və Lifa Alfheymin paytaxtı Mərkəzi Aruna çatırlar və Dünya ağacının düz altına gəlirlər. Lakin verver yenilənməsi ilə bağlı xəbərdarlığa görə ikisi yaxınlıqdakı bir mehmanxanaya daxil olurlar və oyundan çıxırlar. Növbəti gün Suquha Kirito ilə birlikdə Asunanı xəstəxanada ziyarət etməyə gedir. Yolda Kirito ona deyir ki, o, SAO-da ilişdiklərinə görə təhsillərində geriləyən keçmiş SAO oyunçuları üçün nəzərdə tutulmuş xüsusi məktəbə yerləşdiriləcək. Bu zaman Asuna Dünya ağacının içindəki gizli laboratoriyaya daxil olur və ALO-da ilişmiş, hazırda komada olan 300 SAO oyunçusunun beyinləri üzərində təcrübələr aparıldığını kəşf edir. O, otağın içindəki geymmaster konsolu ilə oyundan çıxmağa çalışır, amma Oberonun iki köməkçisi onu tutur. Lakin Asuna qəfəsinə aparılmazdan öncə açar kartı özü ilə götürə bilir. Yui Kirito və Lifanı Asunanın Dünya ağacının başında olduğu barədə məlumatlandırır.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

22

Əsas missiya

71%
December 2, 201224m

Kirito Dünya ağacının başına uçur, amma xüsusi sərhədlə qorunduğunu görür. Yui ümidsiz şəkildə Asunanı çağırır, cavab olaraq göydən açar kartı düşür. Kirito geymmaster konsolu üçün işlədilə bilən bu kartı tutur. Yui bu kartın Asunadan gəldiyinə əmin olur. Kirito Lifa ilə sağollaşır və Böyük missiyanı yerinə yetirmək üçün özü mühafizəçi cəngavərlərlə dolu Dünya ağacına daxil olur. Kirito bacardığı qədər yaxşı döyüşsə də, mühafizəçi cəngavərlər sayca çox olduğu üçün onun canını məhv edirlər. Bu zaman Lifa özünü çatdırır və içində Kiritonun ruhu olan alov parçasını götürüb çıxır, onu yenidən dirildir. Lifa Kiritonu bir daha ora təkbaşına daxil olmamağa razı salmağa çalışsa da, Kirito qərarından dönmür və ilk dəfə Asunanın adını çəkir. Lifa Kiritonun əslində qardaşı, Kirito isə Lifanın əslində bacısı olduğunu anlayır. İkisi də əsl şəxsiyyətlərini öyrənəndən sonra oyundan çıxırlar.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

23

Yaralar

75%
December 9, 201224m

Kazuto 10 yaşında baş verənləri bir daha xatırlayır: o vaxt Suquhanın əslində bacısı olmadığını öyrənir, ailəsindən uzaqlaşır və onlayn videooyunlara yönəlir. Kazuto Suquhaya ALO-da görüşməyi xahiş edir. Qardaşını oyunda görməyi dayandırmalı olduğunu düşünən Lifa Kiritoya meydan oxuyur. Duelin sonunda ikisi də qılınclarını yerə atırlar və bir-birilərindən üzr istəyirlər. Kirito Asuna xilas edilmədiyi müddətcə Suquha haqqında nə fikirləşdiyini deyə bilməyəcini bildirəndən sonra Lifa ona kömək etməyə qərar verir və Rekon da onlara qoşulur. Kirito, Lifa və Rekon otağa daxil olmağa hazırlaşanda silflər və pişik sifləri də köməyə gəlirlər. Onların köməyi sayəsində Kirito müdafiəni yarır və Yuinin təlimatı ilə açar kartdan istifadə edərək Dünya ağacının başına çatır.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

24

Zərli qəhrəman

75%
December 16, 201224m

Dünya ağacının başına çatan Kirito və Yui nəhayət Asuna ilə qarşılaşırlar. Lakin qəfildən güclü qravitasiya sehrinə məruz qalırlar. Nəticədə, Yui yoxa çıxır, Asuna və Kirito Oberonla qarşılaşırlar. Oberon neyrotəcrübələrinin demək olar ki, başa çatdığını bildirir və Kiritonun gözləri qarşısında Asunanı zəncirləyib ona işgəncə verir. Ümidsizliyə qapılan Kirito Akihikonun səsini eşidir və Akihiko onu ayağa qalxmağa və döyüşməyə cəsarətləndirir. Akihikonun idarəedici funksiyalarından istifadə edən Kirito Oberonun güclərini və acı hissetməmə funksiyasını ləğv edir. O, Oberona meydan oxuyur və onu əzablı şəkildə öldürür. Asunanın təhlükəsiz şəkildə əsl dünyaya çıxış etdiyindən əmin olandan sonra Kirito Akihikonun qalığı ilə rastlaşır və Akihiko ona Dünya toxumu adlı əşya verir. Kirito yenə Dünya ağacında canlanır və Kiritonun NerveGear anbarında gizlənmiş Yui yenə peyda olur. Kirito oyundan çıxır və Asunanın olduğu xəstəxanaya tələsir.

Read More

Crew 3

Directed by: Tomohiko Ito

Written by: Yukie Sugawara

Guest Stars 1 Full Cast & Crew

  1. Takehito Koyasu

    Oberon (voice)

Episode Images 1 View All Episode Images

You need to be logged in to continue. Click here to login or here to sign up.

25

Dünya toxumu

75%
Season Finale
December 23, 201225m

Kirito xəstəxanaya çatanda Suqo ona bıçaqla hücum edir. Lakin Suqo zəif görmə qabiliyyətinə görə onu öldürə bilmir və Kazuto onu zərərləşdirir. Kazuto və Asuna xəstəxanada bir-birilərinə qovuşurlar və öpüşürlər. İkisi də SAO oyunçuları üçün nəzərdə tutulmuş məktəbə qatılırlar. Suqo kibercinayətlərə görə həbs olunur, 300 SAO oyunçusu oyundan azad olur, RECT Progress şirkəti dağılır və ALO bağlanır. SAO məhv olandan sonra Akihiko NerveGear-dan istifadə edərək intihar edir. Məlum olur ki, Akihikonun verdiyi Dünya toxumu SAO və ALO üçün nəzərdə tutulmuş oyun sisteminin proqram paketidir. Kiritonun xahişi ilə Endrü onu internetə yükləyir və minlərlə yeni virtual reallıq oyunu ortaya çıxır. Suquha Lifa kimi Alfheymə qayıdır və o, çox yüksəkdən uçduğuna görə düşərkən Kirito onu tutur. İkisi göydə rəqs edəndən sonra Kirito Lifanı Yeni Aynkrada aparır və oyuna sıfırdan başlayıb bütün 100 mərtəbəni təmizləyəcəyinə dair and içir.

Read More

You need to be logged in to continue. Click here to login or here to sign up.

Back to top

You need to be logged in to continue. Click here to login or here to sign up.

Can't find a movie or TV show? Login to create it.

Global

s focus the search bar
p open profile menu
esc close an open window
? open keyboard shortcut window

On media pages

b go back (or to parent when applicable)
e go to edit page

On TV season pages

(right arrow) go to next season
(left arrow) go to previous season

On TV episode pages

(right arrow) go to next episode
(left arrow) go to previous episode

On all image pages

a open add image window

On all edit pages

t open translation selector
ctrl+ s submit form

On discussion pages

n create new discussion
w toggle watching status
p toggle public/private
c toggle close/open
a open activity
r reply to discussion
l go to last reply
ctrl+ enter submit your message
(right arrow) next page
(left arrow) previous page

Settings

Want to rate or add this item to a list?

Login